Paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.