Modern.az

Hamilə ikən ilan sancmışdı, ana oldu

Hamilə ikən ilan sancmışdı, ana oldu

Hadisə

7 Noyabr 2024, 11:53

İlan sancması səbəbilə 2 ay əvvəl Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi elə KTM-də dünyaya gəlib.

Modern.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. 

Oktyabrın 31-də Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji Patologiya şöbəsinə qəbul olunub.

Qadın daxil olduğu gündən noyabrın 6-sı tarixinə qədər müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.  

Ötən gün ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən, keysəriyə kəsiyi əməliyyatı icra olunub. Çəkisi 3 kq, boyu 51 sm olan oğlan uşağı dünyaya gəlib. 

Hazırda ananın və körpənin vəziyyəti kafidir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU