Modern.az

Piyadanı vurub öldürən öz qardaşı imiş - DETALLAR

Piyadanı vurub öldürən öz qardaşı imiş - DETALLAR

10 Noyabr 2024, 19:16

Ötən gün Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bir sıra detalları məlum olub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Muğanlı kəndində baş verən hadisəni törətməkdə şübhəli bilinən, sürücü 1982-ci il təvəllüdlü Şöhrət Mehdiyev ölən piyada, 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevin qardaşıdır.

 

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək