Modern.az

Suda batan kişi 6 uşaq atası imiş - YENİLƏNİB

Suda batan kişi 6 uşaq atası imiş - YENİLƏNİB

13 Noyabr 2024, 11:40

Ötən gün Göyçayın Hacalıkənd kəndində su kanalında batan şəxslə bağlı bir sıra detallar məlum olub.

 

Modern.az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlu 6 uşaq atası olub.

 

O, Göyçayda çoban işləyirmiş. Hadisə zamanı İlkin Seyidovun sərxoş olduğu bildirilir.

 

***

11:10

Ötən gün Göyçayın Hacalıkənd kəndində su kanalında batan 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

Modern.az xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ