Modern.az

​​Polis nəfəri avtoqəzada həyatını itirdi

​​Polis nəfəri avtoqəzada həyatını itirdi

15 Noyabr 2024, 20:32

Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

 

"Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib", - məlumatda vurğulanıb.

 

Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü