Modern.az

Olimpiya Stadionuna qanunsuz daxil olmaq istədi, polis YAXALADI

Olimpiya Stadionuna qanunsuz daxil olmaq istədi, polis YAXALADI

Hadisə

18 Noyabr 2024, 21:25

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

 

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

 

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi