Modern.az

Azərbaycanlı qadın Türkiyədə öldürüldü - Hadisə yerindən KADRLAR

Azərbaycanlı qadın Türkiyədə öldürüldü - Hadisə yerindən KADRLAR

21 Noyabr 2024, 12:40

Türkiyənin Sakarya vilayətində Azərbaycan vətəndaşı olan qadın öldürülüb.

 

Modern.az bu barədə "İhlas" xəbər agentliyinə istinadən xəbər verir.

 

Bildirilir ki, Adapazarı adlanan bölgədə 32 yaşlı Şəlalə Mirzəli küçədə keşmiş sevgilisi tərəfindən güllələnib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ötən gün baş verib. Məlumata görə, Şəlalə Mirzəli işə gedərn zaman güllələnib.

 

Qətli törətməkdə şübhəli bilinən 45 yaşlı Alaattin A. polis tərəfindən saxlanılıb. Hadisə yerindən sübutlar götürülüb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir