Modern.az

Laçında baş verən zəlzələ anı - Görüntülər YAYILDI

Laçında baş verən zəlzələ anı - Görüntülər YAYILDI

Hadisə

23 Noyabr 2024, 14:44

Laçın rayonunda 4.5 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın məlumtına görə, zəlzələ anı kameralara düşüb.

 

Həmin görüntüləri təqdim edirik:

 

***

13:22

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

 

FHN-dən Modern.az-a bildirilib ki, Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

 

***

12:30

Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.

Sosial şəbəkədə yayılan məlumata görə, zəlzələ Şuşa şəhərində də hiss edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi