Modern.az

Mingəçevir su anbarında ZƏLZƏLƏ

Mingəçevir su anbarında ZƏLZƏLƏ

26 Noyabr 2024, 09:46

Noyabrın 26-da Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ qeydə alınıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

 

Bildirilib ki, yerli vaxtla saat 09:43-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

 

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss edilməyib.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi