Modern.az

Dəm qazı 21 yaşlı gəncin həyatına SON QOYDU

Dəm qazı 21 yaşlı gəncin həyatına SON QOYDU

Hadisə

27 Noyabr 2024, 09:10

Bakıda gənc qız dəm qazından boğulub.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Z.Kərimov küçəsindəki mənzildə baş verib.

Belə ki, həmin mənzildə kirayə yaşayan 2003-cü il təvəllüdlü Xanım Eyvaz qızı İmanovanın meyiti dünən saat 21 radələrində tapılıb.

Onun dəm qazından boğulub ölməsi məlum olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir