Modern.az

Motosiklet qırmızı işıqda keçdi, qəza oldu - Anbaan GÖRÜNTÜLƏR

Motosiklet qırmızı işıqda keçdi, qəza oldu - Anbaan GÖRÜNTÜLƏR

27 Noyabr 2024, 10:54

Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçib yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub.

"Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır", məlumatda deyilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?