Modern.az

Ögey anasının şah damarını kəsərək öldürdü - YENİLƏNİB

Ögey anasının şah damarını kəsərək öldürdü - YENİLƏNİB

Hadisə

29 Noyabr 2024, 20:39

Noyabrın 28-i, axşam saatlarında Maştağa qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Oğul aralarında yaranmış mübahisə nəticəsində ögey anasını öldürüb.

 

Modern.az xəbər verir ki, qohumlarının "Baku TV"yə verdiyi məlumata görə, qətlə yetirilən qadın oğlanın bioloji anası olmasa da, ona uşaqlıqdan analıq edib və öz övladı kimi böyüdüb.

 

"Rəhmətə gedən qadın uşaqlıqdan ona analıq etmişdi, öz övladı kimi böyütmüşdü. Oğlanın əmisi onu himayəsinə götürmüşdü. Təəssüf ki, oğlanın pis vərdişləri var idi. Gəlin bir neçə gün idi ki, bizdə qalırdı, çünki oğlanın onu öldürəcəyindən qorxurdu. Axşam yoldaşı ilə evə qayıdanda əri əlini yumaq üçün hamama keçmişdi. Bu vaxt oğlan qəfildən əlində bıçaqla girərək, qadının şah damarına xəsarət yetirib. Qadın hadisə yerində keçinib" , - mərhumun qohumu bildirib.

***

09:53

Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum