Modern.az

Bakıda bağça direktoru hakim qarşısına çıxarılır - MƏHKƏMƏ

Bakıda bağça direktoru hakim qarşısına çıxarılır - MƏHKƏMƏ

Hadisə

2 Dekabr 2024, 17:50

“Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Modern.az Elektron Məhkəmə Portalına istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə 133 şəxs zərərçəkən qismində müraciət edib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi heyətin icraatına verilib.

Qeyd edək ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon Prokurorluğunda istintaq aparılıb. MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli bilinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi