Modern.az

Balakəndə ev YANDI

Balakəndə ev YANDI

8 Dekabr 2024, 16:37

Dekabrın 8-də saat 13 radələrində Balakən rayonu Şərif kəndində Heybulla Süleymanova məxsus evdə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, odun sobasından çıxan alov nəticəsində ümumi sahəsi 140 kv metr olan 4 otaqlı evin 2 otağı və çardağı tamamilə yanıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerinə cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?