Modern.az

Biləsuvarda faciə: 10 ildən sonra övladları oldu, qəfil vəfat etdi - YENİLƏNİB

Biləsuvarda faciə: 10 ildən sonra övladları oldu, qəfil vəfat etdi - YENİLƏNİB

11 Dekabr 2024, 18:45

TƏBİB Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı məlumat yayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, 10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

 

Ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

 

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

 

***

10:10

Biləsuvar rayonunda azyaşlı ölüb.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində olub.

Belə ki, kənd sakini 2020-ci il təvəllüdlü Nuray Niyaməddin qızı Əliyevanın qəflətən halının pisləşməsini görən valideynlər uşağı rayon xəstəxanasına çatdırıb.

Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 10 ildən sonra doğulan Nuray ailənin yeganə övladı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi