Modern.az

Bakıda dörd “Toyota” toqquşdu - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda dörd “Toyota” toqquşdu - Hadisə yerindən GÖRÜNTÜLƏR

Hadisə

12 Dekabr 2024, 00:08

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, hadisə nəticəsində dörd “Toyota” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

 

İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi