Modern.az

Qəbələdə külək talvarı avtomobillərin üstünə aşırdı - FOTO

Qəbələdə külək talvarı avtomobillərin üstünə aşırdı - FOTO

14 Dekabr 2024, 17:47

Qəbələdə güclü külək sakinlərə ciddi problemlər yaşadıb.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvarın avtomobillərin üzərinə aşması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.

Güclü külək Yevlax rayonuna ziyan vurub.

Rayonun 30-dan çox yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub, ağaclar və elektrik dirəkləri aşıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU