Modern.az

Şəkidə bir ailədən 3 nəfər dəm qazından zəhərləndi

Şəkidə bir ailədən 3 nəfər dəm qazından zəhərləndi

16 Dekabr 2024, 10:32

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Modern.az-ın məlumatına görə, dekabrın 15-dən 16-na keçən gecə Şəki şəhəri sakinləri - 1979-cu il təvəllüdlü Rasimə Rasim qızı Abdullayeva, 1995-ci il təvəllüdlü Murad Əmiraslan oğlu Abdullayev və 2022-ci il təvəllüdlü Fatimə Murad qızı Abdullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.

Onların dəm qazından zahərləndiyi məlum olub.

Hər üç şəxs tibbi yardımdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU