Sumqayıtda dəm qazından zəhərlənən beş nəfər xəstəxanadan evə buraxılıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"18.12.2024-cü il tarixində saat 05:00 radələrində 5 nəfər (2 kişi, 3 qadın) naməlum qazların toksiki təsiri diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin müxtəlif müəssisələrinə hospitalizasiya olunub.
Təcili Tibbi Yardım Xəstəxanası və Uşaq Xəstəxanasına hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - açıqlamada bildirilir.
***
08:43
Sumqayıtda Yaşıl dərə yaşayış massivində beş nəfər dəm qazından zəhərlənib.
Modern.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər bir ailənin üzvləridir.
39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları - 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.