Modern.az

Bakının məşhur restoranında yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakının məşhur restoranında yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Hadisə

19 Dekabr 2024, 10:15

Bakının Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə Modern.az-a FHN-dən bildirilib.

***

09:46

Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.

Modern.az "Report"a istinadən xəbər verir ki, yanğın restoranın anbarında baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

09:32

Bakıda obyekt yanır.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi