Modern.az

Bakıda məşhur restoranın qarşısında qəza - ÖLƏN VAR

Bakıda məşhur restoranın qarşısında qəza - ÖLƏN VAR

Hadisə

19 Dekabr 2024, 10:47

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən “Çingiz Xan” şadlıq evinin qarşısında baş verib.

“Hyundai” markalı 77-RB-234 dövlət qeydiyyat nişanlı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ