Bakının Nərimanov rayonunda mağaza yanıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Yanğın nəticəsində mağazanın anbar hissəsində 6kv.m. sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.
Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub", - məlumatda vurğulanıb.
***
19:06
Bakının Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsində yanğın olub.
Modern.az "Unikal"a istinadən xəbər verir ki, yanğın "Promusic" musiqi alətləri mağazasında baş verib. Yanğın qısaqapanma nəticəsində meydana gəlib, işçilər təxliyə edilib.