Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, dəm qazından boğularaq ölən qadınlar əmi qızları olublar. Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Xumar Səlimov ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazın boğularaq ölüblər.
52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.
Faktla bağlı Goranboy rayon prokrorluğunda araşdırma aparılır.
***
13:50
Goranboyda iki qadın dəm qazının qurbanı olub.
Modern.az xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinə baş verib
Qəsəbədə yaşayan Xocalı rayon sakinləri - 1972-ci il təvəlüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəlüdlü Səlimova Sevil Seydi qızı dəm qazından zəhərlənərək ölüblər.
Məlumata görə, onlar əmiqızı olublar. Sevil Səlimova Xumar Səlimovanın evində qonaq olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.