Modern.az

Qazaxda avtomobil piyadanı vuraraq öldürüb

Qazaxda avtomobil piyadanı vuraraq öldürüb

21 Dekabr 2024, 13:27

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Modern.az xəbər verir ki, hadisə Qazax şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, Qazax sakini, 1981-ci il təvəllüdlü Rövşən Eyvaz oğlu Nəbiyevi maşın vurub.

O, ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU