Cəlilabadda hotel yanıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə rayonun H.Əliyev Seyrəngahında yerləşən "Göl" hotelində baş verib:
"Qəflətən 3 mərtəbəli otelin 2-ci mərtəbəsində başlayan yanğın digər otaqlara doğru genişlənib. Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunaraq alov lokallaşdırılıb. Ümumilikdə, hotelin 30 kvadratmetri yanaraq yararsız hala düşüb".
"Yanğının səbəbi araşdırılır. Qeyd edək ki, otel uzun müddətdir istifadəsiz idi".