Modern.az

İmişlidə istixanada yanğın - ÖLƏN VAR 

İmişlidə istixanada yanğın - ÖLƏN VAR 

Hadisə

25 Dekabr 2024, 20:15

İmişli rayonunda tərəvəz istixanasında baş verən yanğın söndürülüb.

 

Modern.az xəbər verir ki, əraziyə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi, Təcili Təxirə Salınmaz Tibbi Yardım heyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

 

Hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

17:17

İmişli rayonunda tərəvəz istixanasında yanğın başlayıb.

Modern.az xəbər verir ki, yanğın saat 16 radələrində başlayıb. Araz çayının kənarında yerləşən istixanada başlayan alov anidən güclənib. Dərhal hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil