Modern.az

Göygöldə 8 otaqlı ev yandı

Göygöldə 8 otaqlı ev yandı

Hadisə

27 Dekabr 2024, 10:49

Göygöldə ev yanıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qırıqlı kəndində baş verib. Belə ki, kənd sakininə məxus ümumi sahəsi  220 kv metr olan iki mərtəbəli 8 otaqlı evdə yanğın olub. Əraziyə FHN nin Göygöl rayon dövlət yanğından mühafizə hissəsini yanğın söndürən birqadaları cəlb olunub.Yanğın zamanı ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan zirzəmidən ibarət birmərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 130 m² olan talvarın taxta atmaları və bitişik tikilinin damına yığılan 300 kiloqram ot bağlaması yanıb.

Tikili və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil