Modern.az

Bədbəxt hadisə: azyaşlının əlində pirotexniki vasitə partladı

Bədbəxt hadisə: azyaşlının əlində pirotexniki vasitə partladı

31 Dekabr 2024, 22:32

Cəlilabadın Göytəpə qəsəbəsində bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

 

O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

 

İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI