Modern.az

Hacıqabulda ağır qəza - Yaralananlar var

Hacıqabulda ağır qəza - Yaralananlar var

Hadisə

2 Yanvar 2025, 15:55

Hacıqabulda baş verən qəzada yaralananlar var.

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb.

Qəza zamanı azyaşlı ağır yaralanıb, vəziyyəti kritikdir. Digər 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil