Modern.az

Sumqayıtda yaşayış binasında yanğın - Xəsarət alan var

Sumqayıtda yaşayış binasında yanğın - Xəsarət alan var

Hadisə

7 Yanvar 2025, 11:14

Sumqayıt şəhərində yanğın olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin eyvanında 1 ədəd məişət avadanlığı və 1 ədəd divan qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil