Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Rafiq Həsənov idarə etdiyi "Lada Niva" markalı avtomobil ilə 1966-cı il təvəllüdlü Sənubər Nəcəfovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.