Modern.az

Avtobus işıq dirəyinə çırpıldı, iki maşına ziyan dəydi - YENİLƏNİB

Avtobus işıq dirəyinə çırpıldı, iki maşına ziyan dəydi - YENİLƏNİB

8 Yanvar 2025, 14:03

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Modern.az-ın məlumatına görə, İdarədən bildirilib ki, hadisə yanvarın 8-i saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

"77-JK-251 dövlət nömrə nişanlı 29 nömrəli marşrut avtobusu idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb və iki nəqliyyat vasitəsi zərər görüb", - deyə məlumatda qeyd olunub.

***

11:15

Bakıda sərnişin avtobusu qəza törədib. 

Modern.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb.

29 nömrəli avtobus "20 Yanvar" ərazisində işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

 

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil