Modern.az

Naxçıvanda qəza: şəhərdə su kəsildi

Naxçıvanda qəza: şəhərdə su kəsildi

9 Yanvar 2025, 23:37

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən, diametri 355 millimetr olan əsas magistral su xəttində qəza baş verib.

 

Modern.az xəbər verir ki, qəzaya səbəb kimi borunun uzun müddət istismar edilməsi ehtimal olunur. Nəticədə şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Sukanal İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?