Goranboyun Faxralı kəndində 4 nəfər dəm qazından zəhərlənib.
Modern.az-ın məlumatına görə, dəm qazından zəhərlənənlər bir ailənin üzvləridir.
Zəhərlənən şəxslərin kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov olduğu bildirilir.
Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.