Modern.az

Bir ailənin 3 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Bir ailənin 3 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Hadisə

14 Yanvar 2025, 11:36

13.01.2025-ci il tarixində saat 23:40 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) hospitalizasiya olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

***

08:52

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Modern.az xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.

Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 - ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama