Modern.az

Abşeronda yol  qəzası - Xəsarət alan var

Abşeronda yol  qəzası - Xəsarət alan var

Hadisə

16 Yanvar 2025, 08:00

Abşeron rayonunda 33 yaşlı kişi yol qəzasında xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

 

1992-ci il təvəllüdlü Dadaşov Qalib Vaqif oğlu yolu keçərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozu qoyulub.

 

Fakt araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı