Modern.az

İmişlidəki hadisə ilə bağlı cinayət işi AÇILDI

İmişlidəki hadisə ilə bağlı cinayət işi AÇILDI

Hadisə

18 Yanvar 2025, 16:50

Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözgedən hadisə barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluğun məlumatında bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən yol polisi avtomobilinin sürücüsü xəsarət alıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı