Modern.az

Bakıda gənc ana itkin düşdü

Bakıda gənc ana itkin düşdü

Hadisə

20 Yanvar 2025, 16:54

Bakı şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aya yaxındır ki, itkin düşüb.

Modern.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-ü səhər saatlarında yaşadığı ünvandan ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib.

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edilir ki, 2 yaşlı körpəyə atası baxır. Qadını tapan şəxsə pul mükafatı veriləcəyi bildirilir.

İtkin düşən şəxsi görənlərdən 070 431 33 39 nömrəsi ilə əlaqə saxlanılmasını vəya 34-cü polis bölməsinə məlumat vermələri xahiş edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı