Modern.az

66 yaşlı kişini "tok" vurub öldürdü

66 yaşlı kişini "tok" vurub öldürdü

20 Yanvar 2025, 18:22

Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayevi yaşadığı evdə elektrik cərəyanı vurub.

 

Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı