Modern.az

Bakıda iki qadını maşın vurub öldürdü

Bakıda iki qadını maşın vurub öldürdü

Hadisə

21 Yanvar 2025, 09:04

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Modern.az xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Ənvər Əliyev idarə etdiyi "Chverolet" markalı avtomobillə yolu keçən İlhamə Ağayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Ötən gün Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba şosesində də oxşar hadisə baş verib.

Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı