Modern.az

Yanacaq daşıyan maşın aşdı: 2 nəfər ÖLDÜ

Yanacaq daşıyan maşın aşdı: 2 nəfər ÖLDÜ

Hadisə

21 Yanvar 2025, 20:19

Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ural” markalı yanacaq daşıyan avtomobil dərəyə aşıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb.

"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.

***

18:28

Daşkəsən rayonu Qoşqar dağı ərazisində “Ural” markalı yanacaq daşıyan avtomobilin aşması barədə Daşkəsən Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, polis əmıkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, sürücü 58 yaşlı, Daşkəsən rayon sakini Fəxrəddin Həsənovun idarəetməni itirməsi nəticəsində avtomobil aşmış hadisə nəticəsində sürücü və 27 yaşlı Laçın rayon sakini Orxan Səmədov ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı