Modern.az

Salyanda ev yandı - Mənzil sahibi xəsarət aldı

Salyanda ev yandı - Mənzil sahibi xəsarət aldı

Hadisə

22 Yanvar 2025, 11:48

Salyan rayonunun Arbatan kəndində yanğın olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 108 m² birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları və içərisindəki məişət tullantıları 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı