Modern.az

Həlak olan əsgər yüksək balla akademiyada oxuyub - FOTOLAR

Həlak olan əsgər yüksək balla akademiyada oxuyub - FOTOLAR

24 Yanvar 2025, 09:55

Ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynovun həlak olması barədə məlumat yayılıb. Rəsmi açıqlamaya görə, əsgər odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib.

Modern.az hərbi qulluqçu ilə bağlı bir sıra məlumatlar əldə edib.

2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb və 2018-ci ildə məzun olub.

Camal Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə "Bravo" marketlər şəbəkəsində çalışıb.

Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib, onun bir bacısı olub.

Hadisə barədə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

 

1412361

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi