Modern.az

Xəstəxanaya daxil olduqdan sonra anidən öldü

Xəstəxanaya daxil olduqdan sonra anidən öldü

Hadisə

24 Yanvar 2025, 22:41

Zaqatala şəhər sakini, 39 yaşlı İlkin Məmmədov Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir müddət sonra ölüb.

 

Modern.az xəbər verir ki, İlkin Məmmədov axşam radələrində ağır formada tənginəfəs əlamətlərlə xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olub.

 

Həkimlər ilkin müayinə aparıb, müalicəyə başlasalar da İlkin Məmmədovda ani ölüm qeydə alınıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər