Modern.az

Bakıda qəza: işıqfor yararsız hala düşdü - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda qəza: işıqfor yararsız hala düşdü - ANBAAN GÖRÜNTÜLƏR

25 Yanvar 2025, 14:35

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a bildirilib ki, yeni quraşdırılmış işıqfor qəza zamanı yararsız vəziyyətə düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni işıqforun quraşdırılması işlərinə başlanılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər