Modern.az

Oğlunu əsgərliyə yola salan ana qəfil öldü

Oğlunu əsgərliyə yola salan ana qəfil öldü

Hadisə

27 Yanvar 2025, 21:58

Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 

Modern.az "lent.az"a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova bu gün səhər saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub. 

M. Əminova Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinə daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. 

Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib. Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar mərasim təşkil olunubmuş.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı