Modern.az

24 nəfərin yaralandığı qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

24 nəfərin yaralandığı qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Hadisə

28 Yanvar 2025, 17:30

Xəbər verdiyimiz kimi, Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qəzanın görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

16:24

***

 

 

28.01.2025 ci il tarixində Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb

***

14:44

Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. 
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

***

14:12

Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran ərazisindən keçən hissəsində olub. Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb. Hadisə nəticəsində xəsarət olanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1413076

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı