Modern.az

Sumqayıtda ailə faciəsi - Ər arvadını öldürdü

Sumqayıtda ailə faciəsi - Ər arvadını öldürdü

29 Yanvar 2025, 10:46

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sumqayıt şəhər prokurorluğundan Moden.az-ın verilən məlumata görə, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

10.12

Yanvarın 29-da saat 5 radələrində Sumqayıt şəhərində yerləşən evlərin birində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətin Modern.az-a bildirib ki, qadının cinayət əməlini törətməkdə şübhəli bilinən əri, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

****

07:26

Sumqayıtda qətl hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 12-ci mikrorayonda qeydə alınıb.

 

Əbubala Babışovun 1993-cü il təvəllüdlü həyat yoldaşı Səbinə Babışovaya çoxlu sayda bıçaq zərbəsi yetirərək öldürdüyü bildirilir.

 

Hadisə ilə bağlı araşdırma başladılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı