Modern.az

Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Yaralılar var

Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Yaralılar var

Hadisə

29 Yanvar 2025, 17:17

Zaqatalada yol qəzası baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunda, Muxax kəndi ərazisində qeydə alınıb. 22 yaşlı Vüqar Şahin oğlu Musayevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Xəsarət alan sürücü, avtomobildə olan sərnişinlər - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı