Modern.az

Oğlunun vəfat xəbərini eşidən ana öldü - FOTO

Oğlunun vəfat xəbərini eşidən ana öldü - FOTO

Hadisə

30 Yanvar 2025, 09:54

Lənkəranda ana və oğul eyni gündə vəfat edib.

Modern.az "oxu.az"a istinadən xəbər verir ki, Lənkəran Günəhir kənd sakini, ixtisasca bialogiya müəllimi olan Seyran Cəfərli Bakı şəhərində dünyasını dəyişib. S,Cəfərov Bakı şəhərində hərbi liseylərin birində müəllim kimi işləyirmiş.

Övladının ölüm xəbərini eşidən ana Məhrəba Cəfərova da həyatını itirib.

Ana və oğul bu gün Lənkəran rayonunda dəfn olunublar.

Qeyd edək ki, Seyran Cəfərli Lənkəran rayonunun A.Əliyev adına Havzava kənd tam orta məktəbinin direktoru Fikrət Cəfərovun və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Cəfərovun qardaşıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı